Skip to content

KMail

Kateqoriyalar:   Internet | Ofis
Screenshot of KMail

KMail, GMail kimi geniş istifadə olunan e-poçt təminatçıları ilə yaxşı inteqrasiya olunan ən müasir elektron poçt müştərisidir. Səmərəliliyi artırmaq üçün bir çox vasitə və imkanlar təmin edir və böyük e-poçt hesabları ilə işi asan və sürətli edir. KMail, POP3, IMAP, Microsoft Exchange (EWS) və daha çox e-poçt protokolunu dəstəkləyir.

İmkanlar:

  • Təhlükəsiz - KMail, məxfiliyinizi qorumaq üçün təhlükəsiz uçdan uca şifrələmə dəstəyi və spamın aşkar edilməsi xüsusiyyətinə malikdir.
  • Güclü - Xüsusiyyətlər, oflayn dəstək, göndərənin birdən çox olması, çox dilli dəstək, güclü süzgəc, axtarış və yarlıq təyin etmə funksiyaları, paylaşım siyahısının idarə edilməsi və çox çevik tənzimləmələri əhatə edir.
  • İnteqrasiya olunmuş - Toplantı dəvətlərini KOrganizer tədbirləri kimi, ünvanların avtomatik doldurulmasını, avatarlar və kripto ayarlarını KAdressBook-dan yükləyərək asanlıqla əlavə etmək olar.
  • Standartlara uyğun - Standart poçt protokollarını, e-poçtu göndərir, server tərəfindəki süzgəcləmə və sətır daxili OpenPGP, PGP / MIME və S / MIME əməllərini dəstəkləyir.
Install on
Linux
This button only works with Discover and other AppStream application stores. You can also use your distribution's package manager.

Buraxılışlar RSS

5.24.4 2023-12-07
5.24.3 2023-11-09
5.24.2 2023-10-12
5.24.1 2023-09-14