E-poştlarınızı, təqvimlərinizi əlaqələrinizi və digər şəxsi məlumatları Kontact ilə idarə edin. Kontact hər şeyi bir yerdə toplayır və ünsiyyətlərinizi idarə etməyinizə, gününüzü təşkil etməyə və həmkarlarınızla işləməyinizə kömək edir.
Kontact, sizə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək və işinizi daha səmərəli etmək üçün bir neçə fərdi məlumat idarəetmə tətbiqini vahid bir pəncərədə birləşdirir. Kontact ilə güclü dəstimizin bütün alətlərini bir yerdə istifadə edə bilərsiniz. Xüsusi veb tətbiqlərindən fərqli olaraq, məxfiliyinizə dəyər veririk və açıq proqram təminatı standartlarını dəstəkləyirik, bu səbəbdən Kontact sizə məlumatlarınız üzərində tam nəzarət etmək imkanı verir. İstəsəniz, əlbəttə ki, məlumatlarınıza oflayn olaraq da daxil ola bilərsiniz.
Kontact bir neçə dərindən inteqrasiya olunmuş komponentlərdən ibarətdir:
- KMail, güclü və zəngin imkanları ilə geniş miqyasda e-poçt serverlərini dəstəkləyən bir e-poçt müştərisidir.
- KOrganizer, Kcontact tətbiqinin, NextCloud, Kolab, Google Təqvim və digər onlayn təqvim xidmətləri ilə işləməyi bacaran təqvim və planlama komponentidir.
- KAdressBook, əlqələrinizi asan idarəetmə alətidir. O əlaqələrinizi (əlaqələrinizi) bir çox tanınmış xidmətlər arasında eyniləşdirə bilir.
- Akregator, güclü axtarış və arxivləmə imkanlarına malik xəbərləri, yenilikləri oxuma vasitəsidir.
Buraxılışlar RSS
Nightly installers
Kontact nightly installers are also available to download from the KDE CDN. These versions are intended for testing purpose. Get involved and help us make them better!
Qeyri-stabil versiya.
Tərtibat mərhələsi şöbəsinin sonucu versiyasından yaradılıb.